Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Noyabrın 18-də Bakıda keçiriləcək Xəzər sammiti ilə bağlı paytaxtın Heydər Əliyev, Neftçilər, Parlament prospektlərində, İnqilab küçəsi və «Gənclik» metrostansiyası istiqamətində avtomobilin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bu səbəbdən Bakı Yol Polisi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.