Berlin film festivalı iranlı rejissoru juriyə dəvət edib

Gələn ilin fevralında keçiriləcək Berlin Film Festivalı İranda üç ay əvvəl həbsdən buraxılan rejissor Cəfər Pənahini juriyə dəvət edib. Bu barədə Festivalın təşkilat Komitəsindən dekabrın 6-da məlumat veriblər.

Cəfər Pənahi keçən ilin martında həbs edilib. Həbsinə etiraz olaraq aclıq aksiyası keçirəndən sonra onu 200 000 dollarlıq girov əvəzinə mayın sonunda azad ediblər.

Rejissora qarşı ittiham elan edilməyib. Amma İranın Mədəniyyət naziri Məhmməd Hüseyn bildirib ki, o, keçən ilin prezident seçkisindən sonra baş vermiş zorakılıqlar barədə rejim əleyhinə film çəkdiyi üçün saxlanıb.