Tunisdə etiraz aksiyaları dayanmır (video)

Sizin brauzer HTML5-i dəstəkləmir

Tunisdə əhali indi də devrilmiş prezident Ben Alinin partiyasının da etimad hökumıtinin tərkibinə daxil edilməsindən qəzəblənib. Polis etraz aksiyasının qarşısını alıb

Tunisdə təhlükəsizlik qüvvələri yanvarın 17-də paytaxtda keçirilən etiraz aksiyasını dağıtmaq üçün su şırnaqları və gözyaşardan qazdan istifadə edib. Nümayişçilər ötən həftə devrilmiş prezident Ben Əlinin partiyasının yeni hökumətə daxil edilməsinə etiraz edirdilər.

Bu gün Baş nazir Məhəmməd Qannoşi milli birlik hökuməti elan edəcəyini bildirib. Yeni hökumətin tərkibinə üç müxalifət partiyası lideri də daxil olacaq. O, bazar günü Tunis televiziyasına müsahibəsində bildirib ki, qarşıdakı günlərdə ölkədə demokratik sistemin əsasını qoyan qərarlar qəbul edəcəklər.

Fransadakı "Le Monde" qəzeti Tunisin keçən həftə devrilmiş prezidenti Ben Əlinin yaxınlarının ölkədən gedərkən özləri ilə 1.5 ton qızıl da apardıqlarını yazır.

Qəzet Fransanın kəşfiyyat rəsmilərinə istinadla xəbər verir ki, Ben Əlinin ikinci arvadı Leyla Trabelsi təxminən 65 milyon dollar dəyərində qızılı ölkənin Mərkəzi Bankında çıxarıb. Məlumata görə əvvəlcə bankın sədri prezident xanımının bu istəyinə etiraz edib, amma Ben Əli özü işə qarışaraq təzyiq edəndən sonra qızılları xanıma verib.

23 il Tunisə rəhbərlik etmiş Ben Əli korrupsiya, işsizliyə etiraz olaraq ölkəni bürüyünə etiraz aksiyalarına tab gətirməyərək yanvarın 14-də ölkəni tərk edib. O, ailəsi ilə birlikdə Tunisdən Səudiyyə Ərəbistanına qaçıb.