Belusconi istefaya getməyəcəyini deyir

Silvio Berlusconi

İtaliyanın baş naziri Silvio Berlusconi bildirib ki, şəxsi həyatındakı qalmaqala görə istefaya getmək fikrində deyil.

Milan prokurorluğu 74 yaşlı baş nazirin fahişlər, xüsusilə də Mərakeşdən olan həddi-buluğa çatmamış qızla əlaqədə olması barədə məlumatı araşdırır.

Berlusconi yanvarın 22-i öz partiyasının fəalları qarşısında çıxış edərkən bunun ona qarşı yönəlimiş siyasi motivli kampaniya olduğunu bildirib.

O mətbuatı, o cümlədən prokurorluğun əməkdaşlarını hökumətə böhtan atmaqda ittiham edib.