Misirdə Azərbaycan səfirliyinin əməkdaşı həlak olub

Nicat Qocayev

Misirdə baş verən iğtişaşlarda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı həlak olub.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun AzadlıqRadiosuna verdiyi məlumata görə, yanvarında 29-da axşam saatlarında səfirliyin mühasibi Nicat Qocayev işdən evə qayıdarkən aldığı güllə yarasından ölüb.

Nicat Qocayev iki aydır Misir səfirliyində çalışırmış. O 1986-cı il təvəllüdlüdür.

Elxan Poluxov onun cənazəsinin təhvil-təslim sənədləri hazırlandıqdan sonra evakuasiya olunacağını bildirdi.

Nəzər yetir:

Azərbaycan öz vətəndaşlarını Misirdən çıxarır