Obama: “Biz sizin səsinizi eşidirik”

Mübarəkin xalqa müraciətinə münasibət bildirən ABŞ prezidenti Barak Obama deyib ki, o, Misir lideri ilə əvvəlki söhbətində prezident Mübarək razılaşıb ki, status-kvonu saxlamaq mümkün deyil. Dəyişiklik baş verməlidir.

Obama Misir xalqının böhrandan çıxış yolunu tapacağına inandığını bildirib: “Misir xalqına, xüsusilə də Misirin gənc nəslinə üzümü tutub deyirəm: biz sizin səsinizi eşidirik. Məndə böyük inam var ki, siz öz taleyinizi özünüz müəyyən edəcək və öz uşaqlarınızın və nəvələrinizin daha yaxşı gələcəyi üçün verdiyiniz vədlərin üstündə duracaqsınız.”