Misir prezidentinin paytaxtı tərk etməsi haqqında xəbərlər var

Misirdə prezident Hüsnü Mübarəkin paytaxt Qahirəni tərk etməsi barədə xəbərlər yayılıb. Müxalifətin on minlərlə tərəfdarı dövlət televiziyası və prezident sarayına doğru hərəkətə keçib.

“Əl-Ərəbiyyə” telekanalı prezident Hüsnü Mübarəkin ailəsi ilə birlikdə paytaxt Qahirəni tərk edərək Şarm əl-Şeyxə getdiyi haqqında xəbər yayıb.