Dünya Mübarəkin istefa qərarını alqışlayır

ABŞ-ın vitse-prezidenti Joe Biden bildirib ki, indi Misir və Yaxın Şərq öz tarixinin olduqca önəmli dövrünə qədəm qoyur. İndi Misir xalqının hüquqları qorunmalı, demokartiya istiqamətində dəyişikliklər aparılmalıdır.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton Mübarəkin Misir xalqının səsini eşidərək stefa verməsini alqışladığını bildirib.

Almaniya kansleri Angela Merkel bunu dəyişikliklər üçün tarixi məqam adlandırıb və Misiri İsraillə sülh sazişinə hörmət etməyə çağırıb.

Britaniyanın Baş naziri David Cameron bu gün baş verənləri açıq, demokratik və azad Misirə doğru addım adlandırıb.