Səudiyyə kralı inkişaf fonduna milyardlarla dollar ayırıb

Bir neçə aydır ki, xaricdə müalicədə olan Səudiyyə Ərəbistanının kralı Abdulla bu gün vətəninə dönüb.

Dövlət televiziyasının məlumatına görə kral ölkəyə dönən kimi özəl bizneslə məşğul olmaq, evlənmək və ev almaq üçün camaata yardım edən inkişaf fonduna milyardlarla dollar vəsait ayırıb.

Söhbət əlavə 10,7 milyard dollardan gedir ki, bu fondun büdcəsindən təxminən 2 dəfə çoxdur.