Yaponiyada atom stansiyasında partlayış

Sizin brauzer HTML5-i dəstəkləmir

Zəlzələ və sunamilərin dagıdıcı təsirinə məruz qalan Yaponiya daha bir təhlükə - nüvə fəlakəti ilə üz-üzə gəlib. Ölkənin 2 atom elektrik stansiyalarında partlayış baş verib. Buradakı reaktorlar avtomatik olaraq dayansa da, bir müddət radioaktiv şüalanma təhlükəsi qalacaq. Bu təhlükə reaktorların ətrafındakı soyuducu sistemlər dağıldıqda baş verə bilər. (Reutersin görüntüləri)