Balayar Sadiq. Təhqir olunmuş ölüm, Balıqçı həyatı

TƏH­QİR OLUN­MUŞ ÖLÜM


Qa­til
dar ağa­cı­nın
xoş­bəxtli­yi­dir.

Dar ağa­cı
qa­ti­lin mü­ka­fa­tı...

İlk də­fə
bo­yun­dan yu­xa­rı
qalxmaq xoş­bəxtli­yi­dir
qa­ti­lin ölü­mü...

Dar ağac­la­rı­nı
edam et­di­lər,
sey­rə­lib
ümid me­şə­lə­ri.

İn­di
Azad­lıq çöl­lə­rin­də
təh­qir olu­nur
qa­til­lə­rin ölü­mü.

Bu­nu
Bi­lir­si­niz­mi,
cə­nab ölüm qa­til­lə­ri?


BA­LIQ­ÇI HƏYATI

Tən­ha­lıq səh­ra­sın­da
ba­lıq tut­maq­la
məş­ğu­lam...

Ağ­lı­mı ke­çir­mi­şəm
ti­lo­vun ucu­na...

Üzün­də­ki tə­bəs­süm
ba­lıq ki­mi çır­pı­nır...

Sən
ba­lıq­çı ol­ma­ğı­ma
şüb­hə edir­din...

Da­ha
çıx ­get...
ba­lıq­la­rı hür­küt­mə,
səh­ra­nın
yu­xu­su is­la­nar...

"Azərbaycan" jurnalı