«Al Qaeda» bin Ladenin ölümünü təsdiqləyir

Osama bin Laden və onun köməkçisi Ayman al-Zawahri

«Al-Qaida» terror təşkilatı rəhbəri Osama bin Ladenin öldürüldüyünü təsdiqləyib.

ABŞ-dakı SITE internet monitorinq qrupunun yaydığı xəbərə görə, bu haqda cihadçıların internet forumlarında məlumat yerləşdirilib.

AP yazır ki, internetə yerləşdirilən məlumatda deyilir ki, bin Ladenin qanı yerdə qalmayacaq və «Al-Qaeda» Amerika və müttəfiqlərinə hücumlarını davam etdirəcək.