Prezident 9 May münasibətilə keçirilən mərasimdə iştirak edib

Böyük Vətən müharibəsi veteranları

Azərbaycan prezidenti İlham Əliyev 9 May-Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsini ziyarət edib.

Daha sonra dövlət başçısı H. Aslanovun ailə üzvləri, habelə ziyarətdə iştirak edən Böyük Vətən müharibəsi veteranları ilə görüşüb, onlarla söhbət edib.

Ziyarətə dövlət və hökumət rəsmiləri, Milli Məclis üzvləri, ictimaiyyət nümayəndələri də qatılıblar. /APA/