Rüşvət tamaşası

Sizin brauzer HTML5-i dəstəkləmir

Gənc Tamaşaçılar Teatrında dramaturq Əli Əmirlinin “M.S.S. – Mən səni sevirəm” iki hissəli lirik komediyası tamaşaya qoyulub. Hazırladı: Durna


Ötən bazar günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dramaturq Əli Əmirlinin “M.S.S. – Mən səni sevirəm” lirik komediyasının premyerası olub. Əsas obrazlar orta məktəbin 11-ci sinif şagirdləri və onların müəllimələridir.

Qətibə müəllimə rüşvətxor müəlllimə kimi xarakterizə olunur, Sabah müəllimə isə şagirdlərin sevimlisi kimi…

Tamaşanın rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur.