Abel Məhərrəmov: «BDU-ya Heydər Əliyevin adı verilə bilər»

«Necə ola bilər ki, BDU-ya Heydər Əliyevin adı verilməsin. O universitetin məzunu, fəxri doktorudur. Özü də dünya şöhrətli məzunudur. Üzeyir Hacıbəyovun adının konservatoriyaya verilməsi yerində olan addımdır. Heç kim deyə bilməz ki, niyə Qara Qarayevin və ya digərinin adını vermədi ora. Çünki korifey Üzeyir bəydir. Ad verilərkən ya gərək alim olsun, ya da korifey. Bununla bağlı bəzi məsələlər var onu çox xırdalamaq istəmirəm. Rəsulzadə isə siyasi müstəvidə qəbul olunur, elm müstəvisində yox. O dövrdə cümhuriyyəti yaradanlar əksəriyyəti Sarbon, Peterburq və digər universitetlərində təhsil almışdılar. Rəsulzadə isə yox. Amma onun vətəndaşlıq mövqeyi, siyasi baxışı digərlərindən qat-qat güclü olub».

Abel Məhərrəmov dövlət tərəfindən müvafiq qərar verilərsə BDU-da Xalq Cümhuriyyətinin qurucularına həsr olunmuş kompleks abidənin yaradılmasını dəstəkləyəcəklərini bildirdi.