Obama Azərbaycanı bayram münasibətilə təbrik edib

New York-da Azərbaycan və ABŞ prezidentlərininb görüşü, 24 sentyabr 2010

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə 28 May - Respublika günü münasibəti ilə təbrik məktubu göndərib. Həmkarını və Azərbaycan xalqını təbrik edən ABŞ prezidenti yazır:

«Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir».

Azərbaycan Şərqdə ilk demokratik respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini qurub. 1918-ci il mayın 18-də elan edilən bu dövləti 1920-ci ilin aprelində Moskvadan gələn bolşevik ordusu işğal edib.