Elmar Məmmədyarov: «Mən Nostradamus deyiləm»

Elmar Məmmədyarov

«Mən Nostradamus deyiləm ki, Kazanda konkret nə olacağını deyə bilim».

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 7-də jurnalistlərə açıqlamasında bildirib.

E. Məmmədyarov deyib ki, həmsədrlər regiona yeni təkliflərlə gəlməyiblər. Müzakirələr əvvəlki təkliflər üzərində gedir.

İyunun 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq. İyunun 24-də isə prezidentlərin Kazan sammiti baş tutacaq.