Lukaşenko ölkəsini bürüyən iqtisadi böhrana görə jurnalistləri qınayır

Belorus prezidenti Aleksandr Lukaşenko ölkəsini bürüyən iqtisadi böhranda jurnalistləri qınayır. İyunun 17-də televiziya ilə yayılan mətbuat konfransında prezident bildirib ki, ölkədə böhran yox, təlaş var, bunu da yaradan jurnalistlərdir:

- Bu gün adamlar şikayət edirlər ki, qiymətlər çox yükəskdir. Bəzirləri də xaricdən mal gətirilmədiyini deyir. Amma yeməyə ərzaq var, mağazalarda ərzaq var. Buna kifayət qədər pul yoxdur? Bir neçə ay vaxt verin, o problemi də həll edək.

Aleksandr Lukaşenko xəbərdarlıq edib ki, əgər böhran bu şəkildə davam etsə, ölkənin sərhədlərini xarici malların gətirilməsinə bağlayacaq.

Bir neçə həftədir ki, Belorusda kəskin inflyasiya gedir, ölkənin milli valyutası 36 faiz dəyər itirib.

Ölkədə keçirilən bir neçə seçkidə qanun pozuntularına görə Belorus rəsmiləri beynəlxalq sanksiyalar altındadırlar.