ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər

Minsk Qrupunun həmsədrləri Yerevanda

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) gələn həftə regiona səfər edəcəklər.

Bu haqda Fransa Xarici İşlər Nazirliyi xəbər yayıb.

Həmsədrlər öncə Bakıya gələcəklər. Vasitəçilər daha sonra Xankəndi və Yerevana səfər edəcəklər.

Nazirliyinin açıqlamasında deyilir ki, vasitəçilərin növbəti səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsini təmin etməkdir. /APA/