Vaqif Səmədoğlu. Qış gələndə...

Qış gələndə

qapımı ölüb gedənlərim döyür...

Baharda süstlüyə qarışır başım...


Yayla birgə

pulsuzluq alır

başımın üstünü,

bir də Günəş...


Payızda

bilmək istəyirəm

kim nə deyəcək

mən öləndə...

1969