Vaqif Səmədoğlu. Mənə bir az yağış...

Mənə bir az yağış,

bir az konyak,

bir az da göz yaşı lazımdır.

bir də elə bu otaq,

bu işıq. bu kağız-qələm.

bu gün lazımdır yaman.

Və bir də

qapısının açarı

öz cibimdə olan

bir məzar lazımdı mənə,

bu qapının dalında,

bu otaqda oturub

rahat şeir yazmaqdan ötrü...

1982