Vaqif Səmədoğlu. Ah çəkməyə bir yer...

Ah çəkməyə bir yer
olmalıdır axı bu dünyada!
Səni aclıqdan qurtarıb
sonra oduma doğranmış tut ağacını
yada salmaqçün
bir künc olmalıdır axı
bu gen dünyada!
Yol ayrıcına yetənə qədər
keçib-gəlməyə
bir cığır olmalıdır axı bu dünyada!
Ömrü yaşayıb
rahat ölməkçün
o dünya ümidi olmalıdır axı
bu dünyada...

1982