Vaqif Səmədoğlu. Aygünə

Aygünə

Yer üzündə
bircə qadın varsa
məhəbbət var yer üzündə.

Yer üzündə
bircə cocuq varsa
övlad var yer üzündə.

Yer üzündə
bircə ağac varsa,
kölgə var yer üzündə.

Yer üzündə
bircə tikə torpaq varsa,
vətən var yer üzündə.
1982