Minskdə növbəti səssiz aksiya keçirilib

Bazar günü Minskdə internet fəalları növbəti dəfə səssiz etiraz aksiyası keçiriblər. Aksiya başlamamış polis iştirakçıları saxlayaraq xüsusi maşınlara doldurub. Hüquq müdafiəçiləri bildiriblər ki, 200-ə yaxın adam həbs olunub. Bu gün onların məhkəməsinin olacağı gözlənilir.

Səssiz aksiya Minskdən başqa Belarusun başqa şəhərlərində də keçirilib. Qomel şəhərində aksiyaya 500-ə yaxın adam çıxıb.