Ramiz Rövşən. Gedəcək

Çətin biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki
Dünyanın qanı gedəcək.

Solacaq bağçası-bağı,
Quruyacaq son budağı,
Dənizin suyu-balığı,
Sahilin qumu gedəcək.

Birtəhər. pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı gedəcək...