Türkmənistandakı partlayışa isti hava səbəb olbumuş

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkmənistan hökuməti bildirib ki, dünən gecə paytaxtın 20 kilometrliyindəki Abadan şəhərində silah anbarında partlayış fişənglərin partlaması nəticəsində baş verib. Rəsmi məlumata görə fişəng anbarındakı partlayışa isti hava səbəb olub və hadisə nəticəsində tələfat olmayıb. İnformasiya agentlikləri isə silah anbarının partladığı, yaxınlıqdakı evlərin zərər gördüyü və sakinlərin isə kütləvi evakuasiya edildiyini bildrimişdi.