Misirdə kütləvi etirazlar keçirilir

İyulun 8-də keçirilmiş aksiyadan görüntü

Misirin bütün böyük şəhərlərində domokratik islahatların tezləşdirilməsi tələbilə etiraz aksiyaları keçirilir.

Çadır şəhərcikləri qurmuş aksiyaçılar bildiriblər ki, ölkədəki ötəri hərbi hakimiyyət keçmiş rejimlə bağlı olan bütün məmurları dəyişməyincə və dinc nümayişçilərin ölümünə görə cavabdehlik daşıyanlar məsuliyyətə cəlb olunmayınca dağlışmayacaqlar.

Korrupsiyada ittiham olunan devrilmiş prezident Hüsni Mübarək (Hosni Mubarak) hazırda polisin nəzarəti altındadır.

82 yaşlı Hüsnü Mübarək Misirdə xalq etirazları zamanı bu il fevralın 11-də istefa verməyə məcbur olub.