Süleyman Rüstəm. Şeirdən qiymətli sərvət olmasın

Dostlar, deyirəm ki, hər təzə ildə
Halal süfrəmizdə qeybət olmasın.
Vətəndən danışaq, eldən danışaq,
Gərəksiz, mənasız söhbət olmasın.

Qoy özündən küssün sözümdən küsən,
Hamıya, hamıya anadır vətən.
Könül, candan bağlan vətəninə sən,
Eldə ünvanına nifrət olmasın.

Döşünü qaz kimi qabağa verən,
Yerini hər yerdə lap başda görən,
Atını gah sağa, gah sola sürən
Mən-mən deyənlərə hörmət olmasın.

Vətəndir qol-qanad hər sənətkara,
Şairəm deməsin hər üzüqara.
Çalışaq onlarda nəşriyyatlara,
Hücumlar etməyə cürət olmasın.

Anamız vətənçin vurmasa ürək,
Haram olsun mənə yediyim çörək!
Vətənini sevən şairçin gərək
Vicdandan dəyərli sərvət