Gəmi batıb, 79 nəfər xilas edilib, 12 nəfərin meyiti tapılıb

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub

Gəmidə həlak olanların sayı 12-yə çatıb. 100-dən artıq adamın taleyi naməlumdur.

Gəmidə 199 adam olubmuş. 56 sərnişin və 23 ekipaj üzvü xilas edilib.

Sabah Tatarıstanda matəm günü elan olunub.

***

Hadisə iyulun 10-da Moskva vaxtı ilə saat 13:58-də Tatarıstan Respublikası Kansko-Ustinovsk rayonunun Syukeyevo kəndi yaxınlığında qeydə alınıb.

Gəmi Bolqar şəhərindən Kazana gedirmiş. İlkin ehtimallara görə, gəminin batmasına güclü tufan səbəb olub.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Tatarıstan FHN-dən bildirilib ki, 79 nəfər xilas edilib, daha 9 nəfərin isə cəsədi tapılaraq sudan çıxarılıb. Xeyli sayda insan itkin düşmüş sayılır.

Xilasetmə və araşdırma davam edir. /apa/