Batan gəminin 114 sərnişinin taleyi naməlumdur

Volqa çayında batan “Bulqariya” gəmisində 199 adam olubmuş. Son məlumatlara görə, onlardan 148-i sərnişinlər olub.

Fövqəladə Hallar Nazirliyi regional idarəsinin məlumatına görə, 56 sərnişin və 23 ekipaj üzvü xilas edilib. Daha əvvəl 6 cəsədin tapılması haqqında məlumat verilirdi. 114 sərnişinin taleyi naməlumdur.

Faciə bölgəsində xilasedicilər işləyir. Gəminin batma versiyaları arasında texniki səbəblər də göstərilir. Fırtınaya düşən gəmi bir neçə dəqiqə içində batıb.