«bp-Azərbaycan» şirkətinin rəhbərinə şöhrət ordeni verildi

İlham Əliyev

Prezidenti İlham Əliyev iyulun 14-də «bp Azərbaycan» şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul edib. Azərtacın məlumatına görə, ötən dövr ərzində bp ilə birgə həyata keçirilən layihələrin dünya miqyasında tanındığını bildirən İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Rəşid Cavanşiri yubileyi münasibətilə təbrik edən Prezident Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə onu «şöhrət» ordeni ilə təltif edib.