Qarabağ BMT Baş Assambleyasında müzakirə olunacaq

BMT-nin Nyu-Yorkda Baş qərargahı

«Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» və «GUAM məkanında «dondurulmuş münaqişələr»» mövzuları BMT Baş Assambleyasının payız sessiyasının gündəliyinə daxil edilib.

Bu haqda məlumat BMT-nin internet saytında yerləşdirilib.

Hər iki mövzu Baş Assambleyanın ilkin gündəliyinin «Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması» bölümündə əks olunub.

«Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı mövzu gündəliyinin 39-cu, «GUAM məkanındakı dondurulmuş münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları» isə 35-ci yerdədir.

BMT Baş Assambleyasının iclası bu ilin sentyabrın 13-də başlayacaq, sentyabrın 30-da başa çatacaq. /apa/