Həmsədrlər Bakıdan Ermənistana yola düşüblər

Həmsədrlər

Azərbaycana səfərlərini başa vuran ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye (Bernard Fassier) və İqor Popov iyulun 16-da Bakıdan Yerevana yola düşüblər.

Bakı aeroportunda jurnalistlərə açıqlama verən B.Fasye hələlik səfərin ortasında olduqlarını əsas gətirərək, Bakıda keçirdikləri görüşlər barədə açıqlama verə bilməyəcəklərini, səfər bitəndən sonra bəyanatla çıxış edəcəklərini deyib.

Amerikalı həmsədr R. Bradtke isə ABŞ-ın münaqişənin yalnız sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib:

«ABŞ sülh prosesinə sadiqdir və bu istiqamətdə səylərini əsirgəməyəcək».

Həmsədrlər iyulun 17-də Ermənistan rəsmləri ilə danışıqlar aparacaqlar. /apa/