Mubarakin məhkəməsi davam edəcək

Bu gün Misirdə keçmiş prezident Hosni Mubarakin məhkəməsi davam edəcək. Mubarak hökumət əleyhinə keçirilən aksiyalarda ölənlərin qətlində ittiham olunur. Bundan başqa o korrupsiyada da ittiham olunur.

Məhkəmə qarşısında Mubarakla birlikdə onun iki oğlu – Alaa və Gamal da dayanır. Onlar da korrupsiyada ittiham olunurlar.

Bu ilin fevralında Mubarak rejiminə qarşı keçirilən etiraz aksiyalarında 850 nümayişçi öldürülmüşdü, 6 mindən artıq adam yaralanmışdı.