Rəsmiyyə Sabir. Yerlə göy arasında

Mən göy,
Sən yer adamı.
Görüşdük yerlə göy arasında.
Mənim
göy üzündəki uçuşlarım,
Sənin
yer üzərindəki gəzişmələrinə
bənzəmir əsla.
Yer üzünün yağışları
göy üzünün
göz yaşlarıdır.
Tut ucundan çıx göyə...