Əkbər Qoşalı. Nə ataya oğuluq

nə ataya oğuluq,


nə oğula atayıq...


nə oğulu atarıq,


nə bir də doğularıq...





atamızdan olmuşuq,


atamız olmamışıq.


atamız, dan-olmuşuq-





atamız, olmamışıq.


...bilirəm, ölüm gələr,


demə "mən ölüm"


gələr,


bir daha Olum gəlməz,


gəlsə də Ölüm gələr!..