Musa Əfəndi. Yarpaqlar

Bir payız gecəsində,
Bakının ən dar küçəsində,
Sözümün hər hecasında,
Duydumu özünü,
Şeir yazanda yarpaqlara?

Qoxusunu duydum
Xəzanda yarpaqların…
Görən, yolu kim göstərir,
Azanda yarpaqlara?…

Bu dünyada
Azadlar da var, əsirlər də…
Gəlirlər də, gedirlər də…
Torpağa bulaşmış sətirlərdə
Gördümü özünü,
Qəbir qazanda yarpaqlara?