İlham Əliyev Minsk qrupunun həmsədrlərilə görüşüb

Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri
Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

AzərTAc-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.