Cəbhədə atışma. İki əsgər həlak olub

Foto: Arxiv

Oktyabrın 5-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində intensiv atışmalar olub.

Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib.

Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 əsgəri - 20 yaşlı Novruz Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Əsgərov həlak olublar.

Ermənistan mətbuatı da 1 erməni əsgərinin öldüyünü, 2 əsgərin isə yaralandığını yazır.