Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilib

BMT Təhlükəsizlik Şurası

Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq iki illiyinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Daha öncə Azərbaycanın bu səsvermədəki rəqibi Sloveniya öz namizədliyini geri götürüb.

Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz namizədliyini irəli sürmüşdü.

Oktyabrın 21-də keçirilən seçkilərin ilk günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib. Azərbaycan və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu isə nəticəsiz qalmışdı. /apa/