Azərbaycanda «Bayraq Festivalı» keçiriləcək

Gənclər və İdman Nazirliyi noyabrın 4-də Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş «Bayraq Festivalı» keçirəcək.

Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvlərinin iştirakı nəzərdə tutulub.

«Bayraq Festivalı» prezident İlham Əliyevin «9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» 17 noyabr 2009-cu il tarixli sərəncamının təmin edilməsi məqsədi ilə həyata keçirilir.