Eks-prezidentlər haqqında qanun üçüncü oxunuşdan da keçdi

Ə.Elçibəy və H.Əliyev

Noyabrın 15-də Milli Məclisdə «Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» konstitusiya qanunu layihəsi ikinci və üçüncü oxunuşda qəbul olunub.

Üçüncü oxunuşda deputatlardan 110-u layihəni dəstəkləyib, 1-i əleyhinə çıxıb.

Layihədə əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir.

Layihəyə əsasən, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır.

Keçmiş prezidentə:

- üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti;
- bir sürücü;
- bir avtomobil.

də verilir.

Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.

Bu sənəd konstitusiya qanunu olduğundan 6 aydan sonra parlamentdə bir daha səsverməyə çıxarılmalıdır. Yalnız bundan sonra qanun qüvvəyə minəcək.