Səfər Əbiyev NATO baş katibinin müavinini qəbul edib

Səfər Əbiyev

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyin Diriözü qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə NATO ilə Azərbaycan arasındakı hərbi əməkdaşlığın inkişafı müzakirə olunub.

Danışıqlarda həmçinin bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.