Azərbaycanda 488 min 551 əlil var

Foto: Arxiv

Hazırda Azərbaycanda 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib. Onlardan 60 minə yaxını uşaqlardır.

Bunu Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib.

O, qeyd edib ki, dünyanın əksər ölkələrində əlillərin sayı yerli əhali ilə nisbətdə 10-15 faizdirsə, Azərbaycanda bu rəqəm 5 faizdən artıq deyil: «Bu sevindirici haldır». /apa/