Camal Yusifzadə. Payız xəstəliyi

Məhəbbət böyük dərdmiş -
közərərmiş
Ayrılıq araya düşəndə.
Pişik gözlərinin qarası kimi
gecələr böyüyərmiş,
Səsi varmış,
Sözü varmış,
Od qoymağa
Közü varmış!
Tənhalığı xoşlayırmış,
Məhəbbət böyük dərdmiş.
Payıza bənzəyirmiş -
sapsarı yarpaqları,
bulanıq buludları,
uzun-uzun yolları...

1977