Qar Leriki iflic vəziyyətə salıb

Foto arxiv

Qar Azərbaycanın cənub bölgəsində ciddi fəsadlar yaradıb.

ANS məlumatına görə, hazırda Lerikin mərkəzində 80 sm, dağlıq ərazilərdə isə 1 metr qar var.

Nəticədə rayonun elektrik enerjisi ilə təhcizatı iflic vəziyyətə düşüb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, 500 naqil, 200-dən çox dirək sıradan çıxıb, transformatorlar zədələnib.

Hazırda rayonun 70% enerijisiz qalıb, 35 min kilovatlıq Masallı-Lerik-Diləvar xəttində bərpa işləri aparılır.

Amma rayonun rabitə və qazla təhcizatında ciddi problem yoxdur.