Qorbaçov deyir ki, Putin sistemini dağıtmaq lazımdır

Mixail Qorbaçov

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov Rusiyanın “Dojd” televiziyasına müsahibəsində deyib ki, “Putin sistemi dağıdılma obyektidir.”

Jurnalist dəqiqləşdirib ki, “bu sistem dağıdılmalıdırmı?”

Qorbaçov cavab verib ki, “onu dağıtmaq lazımdır. Məhz sistem dəyişilməlidir. Sistemi dəyişmək lazımdır”.

Qorbaçov daha sonra Putin niyə hakimiyyətdən getmir? – sualına aydınlıq gətirməyə çalışıb.

O deyib: “Məncə, ona nəsə mane olur. Ola bilər, qorxur ki, nəsə aydınlaşar”.