Türkiyənin “Eurovision” mahnısı açıqlandı (VİDEO)

Azərbaycanda düzənlənəcək 57-ci “Eurovision” Mahnı Yarışmasında Türkiyəni təmsil edəcək mahnı axır ki məlum oldu.

Sözləri və musiqisi Can Bonomoya aid olan mahnı fevralın 22-də TRT Müzik kanalının “Eurovision-özel” proqramında açıqlandı.

Mahnının açıqlandığı anlar eyni zamanda TRT-1 Ana xəbər bülletenindən də canlı olaraq yayımlandı.

Can Bonomo Bakıda Türkiyəni ''Love Me Back (Sen de beni sev'') adlı mahnıyla təmsil edəcək.

Can mahnını ingiliscə oxuyacaq.

Amma efirdə Bonomo mahnını ayrı-ayrılıqda həm türkcə, həm də ingiliscə ifa etdi.
''Love Me Back” çox oynaq və xoşagələndir.

Onun tezliklə hitə çevriləcəyi açıq-aydın hiss olunur.

Xatırladaq ki, Can Bonomo İstanbul Bilgi Universitetinin kino və televiziya fakültəsində təhsil alıb.

Müxtəlif TV kanallarda çalışıb, hətta reklamlara çəkilib.

“Meczub” adlı albomu Türkiyədə hitə çevrilib.

Albomdakı bütün mahnıları Canın özü yazıb.

Can canlı yayımda mahnıya xoreoqrafiq elementlər artırılacağını istisna etmədi.