Rusiya «Eurovision»a nənələri göndərir [Video]

«Buranovskiye babuşki» qrupu

Bakıda keçiriləcək «Eurovision-2012» mahnı yarışmasında Rusiyanı «Buranovskiye babushki» («Бурановские бабушки») qrupu təmsil edəcək.

«Party For Everybody» mahnısı ilə çıxış edən qrup digər 24 namizəd arasından seçilib.

Folklor mahnılarla çıxış edən «nənələr» qrupu Udmurtiyanın Бураново kəndindəndir. Qrup udmurt dilində müxtəliflif hit mahnılar ifa edir.

«Eurovision-2012» mayın 22-dən 26-na kimi Bakıda keçiriləcək.

http://www.youtube.com/embed/m1icUn_h7Uo