“Real Madrid”in 1 milyard dollarlıq kurort adası

Real Madrid Resort Island proyekti

İspaniyanın “Real Madrid” futbol klubu kurort biznesinə daxil oldu.

RM Resort İsland” adlı kurort adası Birləşmiş Ərəb Əmirliklərində tikiləcək. 1 milyard dollarlıq sərmayesi nəzərdə tutulan istirahət guşəsi 430 min kv.m. sahəsini əhatə edəcək.

Lüks sinfinə aid ediləcək kurortda 60 ayrıca bunqalo (kottec) olacaq. Burada həmçinin:
hərəsinin sahəsi 600 kv.m. olan 48 villa;
yaxt-klub;
“Real Madrid” muzeyi;
450 otaqlı 5-ulduzlu otel;
sahildə 450 otaqlı sanatoriya;
dənizə tərəf açılan ilk futbol stadionu;
əyləncə parkı;
ilk holoqramlı futbol şousu da daxildir.

Kurort adasının tikintisi 2015-ci ilədək başa çatmalıdır.

http://www.youtube.com/embed/1WYBtaiPyfg?rel=0